banner
banner

Şou

"Ərə getmək məcburiyyətində deyiləm ki..."

"Ərə getmək məcburiyyətində deyiləm ki..."

Model Özge Ulusoy “ⅦElle” dərgisinə müsahibəsində şəxsi həYatindan danışıb. 
Cia.az-ın məlumatına görə, model milyonçu Hacı Sabancı ilə münasibətinin bitməsinə belə açıqlama verib: 
“Heç kim münasibətə bitsin deyə başlamır. 20 illik evliliklər də sona çatır. Biz birlikdə qərara gəlib ayrılmışıq. Çünki yaşandı və bitdi. Tükənmişdik. Mən evlənməyə can atan qadın deyiləm, belə hədəfim yoxdur. Ərə getmək məcburiyyətində deyiləm ki... Öz ayağı üstündə dayanan, heç kimə ehtiyacı olmayan gənc qadınam”. 
Özge keçmiş sevgilisindən ötrü darıxmadığını da deyib: 
“Çox açıq və qəti şəkildə deyim ki, keçmiş sevgilimdən ötrü darıxmıram. Uzun illərin insanda yaratdığı vərdişlər olur, əlbəttə...”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.