Keçmiş Liviya lideri Muammar Qəddafinin azadlığa çıxmış oğlu Seyf əl-İslam Qəddafi müasir Liviyanın qurulmasıdna heç bir rol oynamayacaq.
Trend-in məlumatına görə, bunu Liviya Milli Ordusunun rəsmi nümayəndəsi polkovnik Əhməd əl-Mismari deyib. Onun sözlərinə görə, bununla belə Qəddafinin oğlunun azadlığa çıxması Liviyada siyasi böhranı daha da dərinləşdirəcək.
Əhməd əl-Mismari əlavə edib: "Düşünürəm, Seyf əl-İslam Liviyada heç bir rol oynamayacaq".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.