Supermodel El Makferson sosial media hesabında fotolarını paylaşıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fotoları görənlər heyrətləniblər.
53 yaşlı modelin iki övlad anası olmasına baxmayaraq hələ də ideal bədənə sahib olması təəccübləndirib.
Hər kəs onun belə cavan qalmasının sirri ilə maraqlanıb.
Xatırladaq ki, 2013-cü ildə Fici adalarında milyarder Ceff Sofferlə ailə quran El ötən ay ondan boşanıb. Elin oğulları Flinn və Aurelius onun Cefflə nikahından yox, əvvəlki əri Cill Bensimonla münasibətindən doğulublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.