Yeni evlənən aktyor Burak Özçivit və Fahriye Evcen bal ayından qayıtdıqdan sonra ayrı düşüblər. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Özçivit Fahriyeni evdə qoyaraq "Kardeşim benim 2" filminin çəkilişləri üçün Çanakkalenin Assos şəhərinə gedib. F.Evcenin yeni mövsümdəki layihəsi bəlli olmasa da, Burak bu filmdən sonra Kərəm Bürsinlə birgə baş rolda iştirak etdiyi macəra filminin çəkilişlərinə qatılacaq.
Eyni zamanda Burak birgə yaşamaq üçün Fahriyenin evini seçib. Yeni ev axtarmaq istəməyən aktyor nişanlı dövründə aktrisa ilə birgə yaşadığı evə köçüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.