banner
banner

Dünya

Patriarx Kirill cinçıxarmadan danışdı

Patriarx Kirill cinçıxarmadan danışdı

Qədim rus pravoslav kilsəsindəki cinçıxarma üsulu müasir təcrübədə insanların əzablarını yüngülləşdirmək üçün tətbiq olunur.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Patriarx Kirill çıxış edib.

Kirill qeyd edib ki, qara qüvvələrin təsir göstərməsi ilə də şüur yerindən oynaya, insan özünü dəli kimi apara bilər.
Patriarxın sözlərinə görə, psixiatriya sahəsindəki mütəxəssislər tez-tez bu cür pozuntuları “psixi xəstəlik” kimi xarakterizə edə bilmirlər. Psixoloqlar bəzən özünü idarə edə bilməyənlərin psixi problemi olması ilə bağlı rəy verməyə çətinlik çəkirlər. Yəni ruhi xəstə olmur həmin adamlar:

“Həmin şəxslər kilsəyə müraciət edərkən, biz onlara qədim ənənəyə uyğun yardım edə bilirik”.

Kirill bildirib ki, cinçıxarma mərasimində dəhşətli mənzərə yaranır:

“Keşiş dua edir və Allah möcüzə bəxş edir və çox vaxt qara qüvvələr geri çəkilir. Cindən qorunmaq üçün dua və ibadət etmək lazımdır ki, Allaha daha yaxın olasan. Ruhumuz yalnız Tanrıya dua edərkən güclü olur. Allah bizə siqnallar verərək, kömək edir".

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.