banner
banner

Sosİal

Azərbaycanda 1,4 milyon qadın işsizdir

Azərbaycanda 1,4 milyon qadın işsizdir

Ölkənin kənd yerlərində yaşayan iqtisadi fəal qadınların cəmi 24-25%-i qeyri-kənd təsərrüfatı sahələrində məşğuldur. Hər 100 məşğul kənd qadınından orta hesabla 75-nin aqrar sektordan savayı seçə biləcəyi iş yeri yoxdur.

Cia..az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev məlumat verib.

 O qeyd edib ki, ümumilikdə Azərbaycanın kəndlərində 1.180 mln. nəfər iqtisadi fəal qadın, aqrar sektorda çalışan 950 min qadın qeydə alınıb. Məşğul qadınların cəmi 13%-nin ali təhsili var.

Ölkədə 1.411 mln. nəfər iqtisadi baxımdan qeyri-fəal qadın var. İqtisadi qeyri-fəallıq odur ki, insan əmək qabiliyyətli yaşındadır (qadınlar üçün hazırda 16-60 yaş), amma müxtəlif səbəblərdən işləmir. Hazırda ölkə üzrə 1.411 mln. nəfər iqtisadi qeyri-fəal qadınların 575 min nəfərinin evdar qadınlar, 452 min nəfərinin güzəştli şərtlərlə pensiyaçı, 151 min nəfərinin əlilliyə görə pensiyaçı olduğu, 207 min nəfərinin təhsil aldığı, 30 min nəfərinin isə mülkiyyətdən aldığı gəlirə görə işləməyə ehtiyacının olmadığı bildirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.