banner
banner

Hərbİ

Erməni əsgəri Azərbaycan əsgərinə məktub yazdı

Erməni əsgəri Azərbaycan əsgərinə məktub yazdı

Epress nəşri erməni ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu dostuna - Azərbaycan əsgərinə ünvanlanmış məktubunu dərc edib.

Virtualaz.org-un Ermənistan bürosu bildirir ki, məktubda deyilir: "Məni orduya çağırdılar və iki il məndə nifrət oyadan yerdə olacağam. Biz ölkələrimizin münaqişəsi haqqında çox danışırdıq və səndə bütün bunlara mənim baxışlarım haqda ümumi fikir var. Beləliklə, sənə yazıram ki, xatırlayasan. Bir çox millətçilərin, nasistlərin, psevdopatriotların və başqalarının içərisində, həmçinin mən də xidmət edirəm. Və sən erməni milləti (dolaşıq yazılıb-red.) və erməni ordusu haqqında nə eşitsən də, bil ki, mən də oradayam. Böyük nifrətlə və seçim haqqı əlindən alınmış vəziyyətdə”.

Hərbçinin qeyd etdiyi kimi, ona təskinlik verən yeganə məqam odur ki, iki ildən sonra azad olacaq və onda üzərində “boynuna dolanmış heç bir borc” qalmayacaq.

"Uğurlar sənə, qardaş və bil - bizim kimiləri az deyil!" – deyə erməni əsgəri azərbaycanlıya yazdığı müraciətini tamamlayıb.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.