banner
banner

İdman

“Yagelloniya”nı keçməyə qadirik” - Fariz Nəcəfov

“Yagelloniya”nı keçməyə qadirik” - Fariz Nəcəfov

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Yagelloniya” ilə matçdan sonra brifinq keçirib. Qol.az-ın  məlumatına görə, klub rəsmisi əvvəlcə 1:1 hesabı ilə yekunlaşan görüş barədə fikirlərini bildirib:

- Bu nəticəni gözlənilən saymaq olar. Əvvəldən də demişdim ki, komanda hələ tam hazır deyil. Bu, meydanda göründü. Yeni oyunlarçular komandaya tam uyğunlaşmayıblar. Nəticə rəqib üçün sərfəlidir. Hər şey növbəti oyunda həll olunacaq.

- Yeni transferlərdən bu gün razı qaldınız?

- Tam olmasa da, bəli, razı qaıldım. Onlar hələ 100 faiz hazır deyillər. Qarşıdakı oyunlardan sonra bu suala dəqiq cavab vermək olar.

- Belə görünür ki, gedənlərin yeri tam doldurulmayıb...

- İndiki məqamda belə görünməsi normaldır.

- Artıq 2-3 mövsümdür çempionat bitəndən sonra komandanızın heyəti böyük ölçüdə dəyişir. Bunun qarşısını almaq olmaz?

- Biz əyalət komandasıyıq. Legionerlər Qəbələdə 1 ildən artıq qalmırlar. Həm də büdcəmiz elə də geniş deyil. Nika bizdən bu mövsüm üçün keçənilki ilə müqayisədə 3 dəfə artıq pul istədi. Ona görə də yollarımızı ayırdıq. Gedənlərin heç birinin komandadan ayrılmasını istəmirdik.

- Mərhələ adlayacağınıza ümidiniz var?

- “Qəbələ”dən hər şey gözləmək olar.

- Cavab oyununda “Qəbələ”yə nə kömək ola bilər?

- Həmişə gücümüz çatanın maksimumunu etməyə çalışmışıq. “Yagelloniya”nı keçməyə qadirik. Növbəti oyunda bunun şahidi olacağımıza inanıram.

- Səfərə 4 gün əvvəldən getməyiniz nə ilə əlaqədardır?

- Çarterlə getməyə büdcəmiz imkan vermir. Məcburuq adi reyslə gedək. 2 gün əvvəl səfərə çıxsaq, komandada yorğunçuluq olacaq.

- Mərhələni adlamaq mümkün olmasa, yeni tranfserlərin taleyi necə olacaq?

- Komandanı yalnız Avroliqa üçün qurmamışıq. Legionerlərlə 2, 3 ilik müqavilələr bağışlamışıq. Səfərdə uduzsaq, çempionata hazırlaşmalı olacağıq.

- Oyunu klubun prezidenti, sponsorları da izləyirdi. Onların fikirləri necədir?

- Oyundan sonra danışmadılar. Onlar da bu gün daha artığını gözləyirdilər. Ən azı evdə oynadığımızı nəzərə alaraq, qələbə qazanmalıydıq.

- Nə vaxta kimi “Qəbələ” Avroliqa oyunlarını doğma meydanda yox, Bakıda keçirəcək?

- Büdcəmiz normallaşana, stadionumuz tikilib qurtaranana qədər



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.