banner
banner

Sosİal

2 abituriyent 700 bal toplayıb - - İmtahanların nəticələri açıqlandı

2 abituriyent 700 bal toplayıb -

Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da saat 18:06-dan etibarən elan edib.

DİM-in mətbuat xidmətindən Azərtac-a bildirilib ki, imtahanda iştirak etmiş abituriyentlər mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097-si imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 33-ü imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 nömrəli və Bakı şəhəri, Suraxanı rayonu 278 nömrəli orta məktəblərin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.