Regional İnkişaf İmişlidə tibbi müayinələr keçirdi
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə İmişli rayonunda məskunlaşan məcburi köçkünlər arasında göz xəstəlikləri üzrə tibbi müayinələr keçirilib.
Cia.az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının 10 nəfərlik həkim briqadası göz xəstəliklərinin diaqnostikası məqsədilə 12-15 iyul tarixlərində İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayan məcburi köçkünlərin ödənişsiz olaraq müayinə,müayinə nəticələrinə görə laborator yoxlaması və əməliyyat prosedurunu aparıb.
Layihə çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi, o cümlədən ətraf kəndlər üzrə 400-dən çox sakin qlaukoma, katarakta, çəp gözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçib.
Müayinə olunanlardan 7-i Səyyar Klinikada cərrahi əməliyyat edilib. Müalicəsi qısa müddətdə mümkün olmayan xəstələr isə müalicələrinin təşkili məqsədi ilə respublikanın tibb mərkəzlərinə dəvət olunub. RİİB-in dəstəyi ilə tibbi müayinələr digər regionlarda da təşkil ediləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.