Məktəbli forması bahalaşacaq? - Bakı Tikiş Evindən AÇIQLAMA
Manatın məzənnəsi stabilləşdiyindən məktəbli formalarının qiymətində dəyişiklik gözlənilmir.
Bu barədə Cia.az-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.
O hazırda məktəbli formalarının tikildiyini qeyd edib:
“Tikiş evində məktəbli formalarının tikilişi davam edir.Biz parçaları Türkiyədən dollarla alırıq. Həmin parçalar yüksək keyfiyyətlidir. Hələlik manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük. Əgər dollar yenidən bahalaşsa, məcbur qalıb qiymət artımına gedə bilərik”.
E.Əzimov milli valyutanın məzənnəsində baş verə biləcək dəyişiklikdən sonra qiymətlərin bahalaşacağını istisna etməyib.
Qeyd edək ki, 2016-cı ildə BTE istehsalı olan məktəbli formalarının qiymətini 8,5 faiz bahalaşıb. Aşağı siniflər üçün 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək, yuxarı sinif şagirdləri üçün 32 ölçüdən 54 ölçüyədək məktəbli forması dəstinin qiyməti 43 manatdan 46 manatadək artırılıb.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.