banner
banner

Hərbİ

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığını yoxlayıb

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığını yoxlayıb

İyulun 18-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında fəaliyyət göstərən Təlim-məşq kompleksində olub.

Cia.az-a Müdafiə Nazirliyindən  verilən məlumata görə, kompleksdə şəxsi heyətlə döyüş hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə suüstü gəmi və katerlərdə suya davamlılıq və yanğın əleyhinə mübarizə, eləcə də gəminin döyüş qabiliyyətinin artırılması üzrə təlim-məşqləri keçirilir.

Müdafiə naziri şəxsi heyətin real qəza vəziyyətinə uyğunlaşdırılmış şəraitdə nümayiş etdirdiyi praktiki fəaliyyətlərini izləyib.

Gözətçi gəmisinə baxış keçirən nazir gəminin təminatı, silahlanmada olan döyüş vasitələrinin hazırlığı ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.