banner
banner

Sosİal

Sumqayıtda daha bir kütləvi zəhərlənmə...

Sumqayıtda daha bir kütləvi zəhərlənmə...

Sumqayıtda kütləvi zəhərlənmə baş verib.

Bu barədə Modern.az-a Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının müalicə işləri üzrə müavini Mirnazir Muxtarov məlumat verib.

Hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı istiqamətində zavodlar yerləşən ərazidə baş verib. Belə ki, axşam 23:40 radələrindən, 03:45-ə qədər 12 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edib.

Zəhərlənənlərdən 11 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Mətanət Hacı qızı Abdullayevanın vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib və sonradan o da evə buraxılıb.

Məlumata görə, həmin şəxslər Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində olan müəssisələrdən birinin qarşısından keçərkən qazdan  zəhərləniblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.