Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən çimərliklərdən birində xuliqanlıq hadisəsi baş verib.
Cia.az lent.az-a istinadən xəbər verir ki, Novxanı çimərliyində istirahət edən 38 yaşlı Ceyhunə Rzayeva polisə müraciət edərək bildirib ki, Əflatun adlı şəxs onu döyüb. Qadın bildirib ki, həmin şəxs onu başqa insanların gözü qarşısında xuliqanlıq zəminində döyüb. C.Rzayevanın xəsarətlərinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Araşdırma aparılır.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.