"Mançester Yunayted" daha bir futbolçusu ilə yolları ayırıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın braziliyalı yarımmüdafiəçisi Anderson ölkəsinin "İnternasional" klubuna transfer olunub. 26 yaşlı oyunçu Braziliya təmsilçisi ilə 4.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Anderson son iki mövsümdə "MY"də 10 matçda oynayıb.
Xatırladaq ki, bundan əvvəl "MY"dan Darren Fletçer "Vest-Bromviç"ə transfer olunub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.