Xorvatiyanın Rijeka şəhərində qısqanclıq zəmnində ailə dramı baş verib.
Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 22 yaşlı məşhur model Sara Grkoviç əkiz bacısı Dajana Grkoviçin sevgilisindən xoşu gəldiyi üçün onunla mübahisə edib.
Sara qəzəblənərək bacısını bıçaqlayıb. Dajana ağır yaralı halda xəstəxanaya çatdırılıb. Model isə cinayətə təşəbbüs etdiyi etdiyi üçün həbs olunub.
İngiltərənin "Mirror" qəzetinə hadisə haqqında açıqlama verən qonşular "onlar bir-birinə qarşı çox diqqətli idilər. Hansının Sara, hansının Dajana olduğunu qarışdırırdıq" söyləyiblər.
Yaxınları son zamanlar əkiz bacıların eyni adama aşiq olduqları üçün aralarında münaqişə yarandığını qeyd ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.