banner
banner

İdman

"Qəbələ"yə Yunanıstanda oynamaq çətin olacaq"

"Qəbələ"yə Yunanıstanda oynamaq çətin olacaq"

"Qəbələ" ilə əhəmiyyətli oyunumuz var. Bu görüşə hazırıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Panatinaikos"un futbolçusu Niklas Hult Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ" ilə oyun öncəsi Yunanıstan mətbuatına deyib.

 O, “Ostersun”un əvvəlki mərhələdə “Qalatasaray” üzərindəki qələbəsini nümunə göstərərək, ehtiyatlı oynamalı olduqlarını söyləyib: “III təsnifat mərhələsinə qədər irəliləyən hər bir komanda təhlükəlidir. Burda arxayınlaşmağa yer yoxdur. İsveç klubunun “Qalatasaray”la oyunlarını yadınıza salın. Futbolda hər şey ola bilər. Hesab edirəm ki, biz hazırıq”.
 
27 yaşlı oyunçu iki il əvvəl “Qəbələ”nin pley-off mərhələsində “Panatinaikos”u mübarizədənə kənarlaşdırması ilə bağlı bunları deyib: “İki il əvvəlki ilə indiki durumu müqayisə etmək olmaz. Hər şey keçmişdə qalıb. Biz nə baş verdiyiniz yaxşı bilirik. Ancaq bu barədə heç nə hiss etmirəm. İki heç-heçə ilə komanda mübarizəni dayandırmışdı.  İndi qarşıdakı yeni matçı düşünürük. Rəqibin güclü olduğunu bilirik. Yəni artıq heç nə bizim üçün sürpriz olmayacaq”.
 
N.Hult sözlərinə görə, ilk oyunu evdə keçirmələrinin xeyirlərinə olub-olmadığını demək çətindir: “Qəbələ” ilə iki dəfə üz-üzə gələcəyik və indi burdakı matça köklənməliyik. Sabah doğma arenamızda bizə qarşı oynamaq onlar üçün çətin olacaq”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.