banner
banner

Sosİal

Onkoloqlar xəbərdarlıq edir: Gecələr belə yatın!

Onkoloqlar xəbərdarlıq edir:

Onkoloqlar bildirib ki, gecələr sol böyrü üstə yatmaq xərçəng hüceyrələrinin yaranmasının qarşını alır. Onların bu faktı bu zaman limfaların normal fəaliyyət göstərməsi ilə izah edib.

Publika.az xəbər verir ki, insanların yatmağa üstünlük verdiyi poza orqanizmin funksiyaları və özü üçün prinsipial əhəmiyyətə malikdir. Məsələn, tədqiqatçılar üzü üstə yatmağı problemli hesab edirlər.

Sağlamlığın qorunması üçün ən münasib poza sol böyrü üstədir. Terapevtlər tövsiyə ediblər ki, tərpənmədən sol böyrü üstə yatmağı vərdiş halına gətirmək lazımdır. Çevrilməmək üçün belinizə daha bir yastıq yerləşdirmək olar.

Alimlər tədqiqat nəticəsində öyrənib ki, bu vəziyyətdə bədənin daxili orqanları düzgün işləyir. Sol böyrü üstə yatanların səhhətində daha az problemlər olur.

Tədqiqatçıların sözlərinə görə, yatmış insanın orqanizmi toksinlərin utilizasiyası və maddələr mübadiləsinin öhdəsindən gəlməlidir, bu proses nə qədər keyfiyyətli olarsa, xərçənglə mübarizə bir o qədər keyfiyyətli olur. Çünki limfatik sistem bədənin sol tərəfində olduğu üçün sol böyrü üstə yatmaq toksinlərin çıxarılmasını fəallaşdırır.

Bundan başqa, yuxu bədənin sol tərəfində bağırsağın funksiyasının yaxşılaşmasına səbəb olur, qaraciyərin təmizlənməsi prosesini asanlaşdırır və qan dövranı sisteminin fəaliyyətini optimallaşdırır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.