Aktyor Barış Arduç "Kiralık Aşk" serialı bitdikdən sonra yeni layihəyə imza atıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Star TV ilə razılığa gəlib. Əvvəlki serialında hər seriya üçün 60 min lirə (təxminən 30 min manat) alan Barış yeni layihəsində bu rəqəmi 80 min lirəyə (təxminən 40 min manat) qədər artırıb.
Aktyorun yeni serialının adı, ssenarisi bəlli olmasa da, tərəf müqabilinin ya Fahriye Evcen, ya da Elçin Sangu olacağı bildirilir.
Belə ki, qarşı tərəfin kim olacağına aktyor özü qərar verəcək. Filmi çəkən şirkət Fahriyeye üstünlük versə də, tamaşaçılar onun yenidən Elçinlə çəkilməyini istəyir.
Xatırladaq ki, Sangu və Barış "Kiralık Aşk" serialında “Dəfnə” və “Ömər” obrazlarını canlandırıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.