ANAMA-nın tapdığı minalar yenidən “tapılır” - Agentlikdən İDDİALARA cavab
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) aşkar etdiyi hərbi sursatların digər ərazilərdə yenidən “tapıldığı” barədə informasiyalar yayılıb. Bu informasiyalarda iddia olunur ki, ANAMA əməkdaşlarının tapdıqları minalar, sonradan elə onların özləri tərəfindən digər ərazilərdə basdırılır və aşkarlanır... Burada əsas məqsədin daha çox büdcə vəsaiti silməyə yönəldiyi qeyd olunur.
Məsələ ilə bağlı ANAMA-nın mətbuat xidmətindən cia.az-a bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.
Bildirilib ki, ANAMA 102 zəng xidmətindən, Fövqəladə Hallar Nazirliyindən (FHN), Sərhəd Qoşunlarından (SQ), Daxili Qoşunlardan (DQ) və yaxud yerli icra orqanlarının nümayəndələrindən daxil olan müraciətlərə əsasən, Azərbaycan Respublikasının müxtəlif ərazilərində, əsasən də cəbhə bölgəsində yerləşən rayonlarda fəaliyyət göstərir.
“Müraciətlər əsasında həmin ərazilərə ANAMA-nın Xüsusi Mobil Çevik Əməliyyat Qrupları göndərilir. Əhalinin təhlükəsizliyinin qorunması məqsədilə təcili və təxirəsalınmaz tədbirlər icra edilir. Yəni aşkar olunan sursatlar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX), FHN əməkdaşının, Daxili İşlər Nazirliyinin (DİN), yerli icra orqanının nümayəndəsinin iştirakı ilə aktlaşdırılır və yaxud yerində zərərsizləşdirilir. Həmçinin, həmin ərazidə partladılması mümkün olmayan sursat yol-patrul əmakdaşlarının müşayəti ilə mərkəzi məhvetmə ərazisinə daşınır və partlayış yolu ilə zərərsizləşdirilir”.
Qeyd edilib ki, ANAMA-nın aşkar etdiyi sursatların təkrar başqa yerdən aşkar olunmasına dair bütün məlumatların hamısı cəfəngiyatdır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.