Deməyin ki, cavan olmaram bir də mən... - “ƏBƏDİ CAVANLIQ” ELİKSİRİ
Mütəxəssislərin qənaətinə görə insanın daxili orqanları tam 120 il müddətinə normal fəaliyyət göstərməyə qadirdir. Sadəcə onların qayğısına qalmaq, orqanizmi vaxtsız qocalmadan qorumaq lazımdır. Cavanlığın ömrünü uzatmaq, yaşından asılı olmayaraq gümrah, sağlam və cavan görünmək üçün xalq təbabətində minilliklərin sınağından çıxmış bir çox vasitə və üsullar var. Cia.az saytı sağlamlıqla bağlı növbəti yazıda cavan qalmağın daha bir sirrini, “Əbədi cavanlıq” adlandırılan eliksir haqında yazını təqdim edir.
Bu eliksiri hazırlamaq üçün aşağıdakı bitkilər lazımdır:
1. Çobanyastığı çiçəyi
2. Qaxoti
3. Solmazçiçəyi
4. Tozağacı tumurcuqları
Sadalanların hər birindən eyni miqdarda, 100 qram götürülür və üzərinə qaynar su əlavə edilir. 20 dəqiqə dəmdə saxladıqdan sonra süzülür. Beləliklə “Əbədi cavanlıq” eliksiri istifadəyə hazırdır.
Eliksir ilıq halda gün ərzində iki dəfə 1 stəkan qəbul edilir. Səhər yeməyindən 20 dəqiqə əvvəl, axşam yeməyindən 2 saat sonra. Axşamlar eliksiri içdikdən sonra qida və maye qəbulu məsləhət görülmür. Zövqə uyğun bir çay qaşığı bal da əlavə etmək olar.
Kursun müddəti bir aydır və hər beş ildən bir təkrar olunmağı tövsiyə edilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.