Keçmiş boksçu sevgilisi Miltiadis Kastanisi evinə dəvət edərək matç izləyən braziliyalı model Adriana Lima türk yazar sevgilisi Metin Haraya xəyanət etməsi xəbərlərinə münasibət bildirib. CİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, model Kastanisin homoseksual olduğunu, Metinə xəyanət etmədiyini deyib: “Sevgilim Metinə sədaqətim haqqında yayılan dedi-qoduları eşitdim. Yanımdakı dostum “mavi”dir və ailəvi dostumdur. Xahiş edirəm mənim və metinin şəxsi həyatına hörmət göstərin və yalan xəbər yazmayın. Rica edirəm, onunla xoşbəxt olduğumuzu və həqiqi eşq yaşadığımızı qəbul edin. Hamınızı bütün qəlbimlə sevirəm və türkiyəyə qayıtmaq üçün səbirsizlənirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.