banner
banner

Şou

"Bu qədər hegemonluq etmək olar?" - Xatun

"Bu qədər hegemonluq etmək olar?"

Son zamanlar mediada daha çox müzakirə obyektinə çevrilən Xatun və Nazpəri Dostəliyeva qalmaqalı səngimək bilmir.
CİA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənninin dediklərinə görə, Tünzalə Ağayeva və Elariz Məmmədoğlu bu məsələni normal qarşılasalar da, Nazpəri xanım əksini edib.
“Muz life”a açıqlama verən ifaçı Nazpəri Dostəliyevanın hədə-qorxusundan qorxaraq İlhamə Quliyevadan kömək istəyib:
“Mən İlhamə xanıma zəng vurub dedim ki, vallah qorxuram, sizə sığınıram. O da dedi ki, burda qorxulası heç nə yoxdur. Hüquq-mühafizə orqanları var, narahat olma.
Nazpəri mənim yerlimdi, bizim uzaq qohumluğumuz var. Mən onun, o da mənim bütün nəslimi tanıyır. Bizim ədavətimiz çoxdan olub. Bir toy var idi, o toyu idarə edirdi. Mən tort kəsmə hissəsinə gəlib çatmışdım. Salamlaşdıq, mənə söz verildi. Bu zaman arxaya döndüm ki, mahnımı qoysunlar oxuyum. Bir də gördüm Nazpərinin ansamblı çaldı, o oxumağa başladı. Pis hala düşdüm, ağladım. Bu qədər hegemonluq etmək olar? Əlimi Allaha açdım, dedim ki, sən özün bunun bəlasını ver”.
Qeyd edək ki, Xatun verilişlərin birində Tünzalə Ağayeva, Elariz Məmmədoğlu və Nazpəri Dostəliyevanı parodiya etmiş, Nazpərinin hədə-qorxuları ilə qarşılaşmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.