Əlverişsiz hava şəraiti 4 nəfərin həyatına son qoyub. Cia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Polşanın Suşek şəhərində qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər həlak olub, 36 nəfər isə xəsarət alıb. Həlak olanlar arasında iki uşaq var. Onlar ağacların altında qalıb. Güclü külək nəticəsində ağaclar qırılaraq yaşayış binalarına və obyektlərə ziyan vurub.
Polşanın mərkəzində 500 min ailənin elektrik təchizatı kəsilib. Sinoptiklər əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.