banner
banner

Dünya

Britaniya kraliçası taxtdan imtina edir

Britaniya kraliçası taxtdan imtina edir

Böyük Britaniya kraliçası II Yelizaveta taxtdan imtina edir.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, II Yelizaveta taxtdan oğlu Uels şahzadəsi Çarlzın xeyrinə bu addımı atacaq.

“Mirror” qəzeti kral sarayındakı mənbələrinə istinadən xəbər verir ki, 92 yaşlı kraliça 95 yaşında taxdan gedəcək. Qəzet artıq bununla bağlı hazırlığın da başladığını yazıb.

Qeyd edək ki, II Yelizaveta taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.

O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci kraliçasıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.