banner
banner

Sosİal

Qadınların beyni kişilərdən daha aktivmiş

Qadınların beyni kişilərdən daha aktivmiş

Alimlər bu günə qədər ən böyük beyin görüntüləmə tədqiqatında doqquz klinikanın 46 mindən çox beynin vahid foton emissiyalı kompüter tomoqrafiyasının (SPECT) təsvirlərini müqayisə ediblər. Bununla elm adamları qadın və kişilərin beyinləri arasında fərqi qiymətləndiriblər.

Cia.az “Journal of Alzheimer's Disease” jurnalına istinadla xəbər verir ki, tədqiqatçılar 119 könüllü və 27 minə yaxın beyin travması, şizofreniya, bipolyar affektiv pozuntu, duyğu və qavrama pozuntuları və diqqət əskikliyi kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üzərində araşdırma aparıblar. Ümumilikdə, 128 beyin bölgəsi təhlil edilib. Araşdırma zamanı qadınların beyninin bir çox hissəsinin, xüsusilə fokus və impuls nəzarətlə bağlı prefrontal qabığının və əhvali-ruhiyyə və narahatlıq hissi ilə əlaqəli beynin limbik və ya emosiya sahələrinin kişilərdən daha aktiv olduğu məlum olub. Beynin koordinasiya və vizual mərkəzlərinin isə kişilərdə qadınlardan daha fəal olduğu müşahidə edilib. Həmin müxtəlifliklər qadın və kişilərə fərqli təsir edir. Zərif cinsin nümayəndələrində alzeymer xəstəliyi riski, depressiya, narahatlıq hissi yüksək olduğu halda, kişilərdə davranış problemləri, diqqət əskikliyi və hiperaktivlik riski daha çoxdur.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.