banner
banner

Sosİal

Müzakirə mədəniyyəti: bir-birimizi niyə dinləyə bilmirik?

Müzakirə mədəniyyəti:

Azərbaycanda müzakirə mədəniyyəti hələ də tam formalaşmayıb. Sosial şəbəkələrdə bu halla tez-tez rastlaşırıq. Kimsə bir fikir yazır və şərhlərdə həmin fikir müzakirəyə çıxarılır. Bu müzakirədə isə heç kim bir-birinin fikrinə hörmət etmir, təhqir edir, hətta müzakirənin sonu nalayiq sözlərə qədər gedib çıxır.

Bu kimi hal yalnız sosial şəbəkələrdə deyil, real söhbətlər zamanı da baş verir. Təbii ki, hər kəsi müzakirə mədəniyyəti olmayan kateqoriyaya aid etmək olmaz. Bunun əksi olaraq bir-birini dinləyən, bir-birinin fikrinə hörmətlə yanaşan insanlar da var.


Maraqlıdır, niyə müzakirə mədəniyyəti bizdə hələ istənilən səviyyədə deyil? Bunun səbəbi psixolojidir, yoxsa gendən gələn bir haldır?


Sosioloq Əhməd Qəşəmoğlu bu məsələ ilə bağlı ciddi tədbirlər görülməsinin vacib olduğunu dedi: “Bu, daha çox sosial və ağır məsələdir. Ümumiyyətlə, indiki zamanda Azərbaycanda nəinki müzakirə, hətta davranış mədəniyyəti belə çox aşağı səviyyədədir. Müzakirə də təbii ki, davranış mədəniyyətinin bir hissəsidir. Doğrudan da sosial şəbəkələrdə yazışmalara kənardan baxan hər hansı ekspert olsa və təhlil aparsa, Azərbaycan cəmiyyətində nə dərəcədə gərginlik, nə dərəcədə əsəbi vəziyyət, nə dərəcədə müzakirə apara bilmək mədəniyyətinin olmadığını dərhal üzə çıxarar. Bunun üçün ciddi çalışmalıyıq. Əslinə qalsa milli, müstəqil dövlət ondan yanadır ki, insanların keyfiyyəti daha da yaxşılaşması istiqamətində işlər getsin. Ona görə də biz yaranmış bu vəziyyətdən, bu tarixi şəraitdən düzgün bəhrələnməliyik ki, əhali getdikcə daha mədəni olsun. Bizim tədbirlərdə başqa-başqa ölkələrin sosioloqları ilə beynəlxalq müzakirələrimiz olur.

Bütün sosioloqlarda yekdil olaraq belə bir qərar var ki, o vaxt ölkədə proseslərin arzu olunan şəkildə getməsindən danışmaq olar ki, insanlar istənilən sahədə davranışda, müzakirələrdə özlərini mədəni aparsınlar, öz mədəniyyətlərini nümayiş etdirsinlər. Ölkədə mənəvi cəhətdən çoxlu problemlərin olduğu istənilən sosioloq üçün aydındır. Ona görə də deyilən məsələ olduqca aktualdır və biz bu istiqamətdə çox gərgin və ciddi işlər aparmağa çalışmalıyıq. Nəinki gərginlik, böhtanlar da olur. Bir də baxırsan ki, status yazan tam başqa şey yazır , ona cavab yazan böhtan xarakterli bir şey yazır. Ona görə də status yazanın üstünə az qala şər atır. Bunların hamısı insanların özünün intellektual səviyyəsinin aşağı olması və sair pis, əhalinin keyfiyyəti barədə arzuolunmaz göstəricilərdir. Bu, o deməkdir ki, bizim bu gün yeni nəsillə işləmək üçün çoxlu işlərimiz var”.


Sosioloq bildirdi ki, mədəni davranış və müzakirə qaydalarının hamısı insana uşaqlıdan aşılanmalıdır: “Təhsil sistemində də belə olmalıdır. Mədəni davranış qaydası, müzakirə qaydası bunların hamısı uşaqlıqdan, orta məktəbdən öyrədilməlidir. Bizim orta məktəblərdə bu öyrədilmir. Hər bir valideyn uşağının əlinə bir dəstə gül verir böyük arzularla birinci sinfə yola salır. Valideyn arzulayır ki, onun uşağı orada gözəl bir insan kimi yetişəcək. Zaman keçir, həmin uşaqlar böyüyüb biri quldur, biri yolkəsən, biri oğru, biri əxlaqi cəhətdən nöqsanlı olur. Bunların hamısında da məktəbin böyük rolu var. Deməli, məktəb öz funksiyasını yaxşı yerinə yetirməyib. Əgər bizim məktəbdə 11 il o müzakirə mədəniyyəti öyrədilsə, insanlara deyilsə ki, insan qarşısındakı ilə söhbət edəndə neynəməlidir, o zaman insanlarımız daha mədəni olar. Sosioloqlar həmişə deyir ki, biz öz ölkəmizdə nə baş verdiyini bilmək üçün ictimai yerlərdə, sosial şəbəkələrdə insanların özlərini necə apardığına baxırıq. Bu, bizə böyük məlumat vermiş olur. Başqa ölkələr də bizim sosial şəbəkələrdə yazdıqlarımızı baxa-baxa fikir yürüdürlər. Ona görə də bu, sıradan bir məsələ deyil. Biz insanlara səslənməliyik ki, bir insan söhbətini hökmən qarşı tərəflə hörmət əsasında qurmalıdır. İstər ailədə, istər ictimai yerdə, istər idarədə, təşkilatda, istər sosial şəbəkədə olsun fərq etməz. Hər insan sosial şəbəkədə yazdığı statusla, verdiyi şərhlərlə öz portretini cızır. Biz sosial şəbəkələrə, o müzakirələrə baxsaq, o portretdə görün nə qədər xoşagəlməz insanlar, kobud, bir-birini aşağılamaq istəyən nə qədər adam var. Ona görə də bu məsələyə çox ciddi yanaşmaq lazımdır”.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.