Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Gümüşhanə səfərində müşayiət etdikdən sonra geriyə, Malatyaya qayıdan polislərin olduğu avtobus gecə saat 01:30 radələrində ölkənin Sivas vilayətinin Qızıldağ məntəqəsində yoldan çıxaraq aşıb.
Oxu.Az xəbər verir ki, qəza nəticəsində 6 polis həlak olub, 30 polis yaralanıb. Yaralılar dərhal hadisə yerinə cəlb olunmuş təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar.
Bölgənin valisi Alim Barutun Anadolu Ajansına (AA) bildirdiyinə görə, avtobusda 42 nəfər olub.
“Mənə gələn ilk məlumata görə, 3 nəfər şəhid oldu, 8-9-u ağır olmaqla, 17 nəfər yaralımız var”.
Bildirilir ki, qəzaya yolun buz bağlaması səbəb olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.