APA-nın məlumatına görə, həlledici görüşdə Madridin “Santyaqo Bernabeu” stadionunda ötən mövsümün çempionu “Real” Kral Kubokunun qalibi “Barselona” ilə üz-üzə gəlib.
Əzəli rəqiblər arasında keçirilən ilk oyunda madridlilər üstün olmuşdu - 3:1.
İkinci qarşılaşma da “Real”ın qələbəsi ilə başa çatıb - 2:0
Beləliklə, “Real” tarixində 10-cu dəfə İspaniya superkubokunu qazanıb.
“Real” – “Barselona” 2:0 Qollar: Marko Asensio (4 dəq.), Kərim Benzema (39)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.