banner
banner

Sosİal

Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız ölümcül vəziyyətdədir

Sumqayıtda 10 nəfəri it dişləyib -

İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib. 
Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev azvision.az-a bildirib ki, it uşağın başından dişləyib, hazırda azyaşlı ölümcül vəziyyətdədir.

“Ailəsi qızı Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına gətirib. Gətirilən kimi müəyyən olunmuş dozada uşağa 2 dəfə vaksin vurulub. 4 gün xəstəxananın uşaq şöbəsində qalıb, sonra valideynləri evə aparıb. Evdə təzədən vəziyyəti gərginləşdiyi üçün yenidən xəstəxanaya müraciət ediblər. Onu Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər. Orada daha bir vaksin vurulub. Buna baxmayaraq uşağın vəziyyəti ağırdır”. 
N.Baxşəliyev bildirib ki, azyaşlı qızın sağalma ehtimalı yoxdur:
“Hazırda uşağın vəziyyəti pisdir, quduzluğun fobiyası dövründədir. Bu məsələ Tibbi Şurada müzakirə olunub. Vaksinin seriyasına baxmışam. Necə olub ki, vaxtında vaksin vurulub, amma heç bir köməyi olmayıb.
Müxtəlif versiyalar var. Ola bilsin ki, uşağı keçmişdə it tutub, haçansa belə hadisə olub və ikinci dəfə it başından dişləyəndə həkimə gətiriblər.
Digər ehtimal vaksinin keyfiyyətinin aşağı olmasıdır, çünki vaksin şüşədə hazırlanır. Həmçinin ehtimal olunur ki, onun immuniteti aşağıdır, kəskin hemoqlobin azlığı olub. Müqavimət aşağı olanda isə virus ildirim sürəti ilə yayılır.
Bu məsələ ətraflı epidiomoloji araşdırma tələb edir. Baş pediatra bildirmişəm ki, ciddi araşdırma aparılsın. Hadisə dəqiqliklə araşdırılmalıdır ki, virus niyə sürətlə yayılıb, axı vaksin vaxtında vurulub”. 
N.Baxşəliyev bildirib ki, həmin gün 10 və 11-ci mikrorayon ərazisində 10 nəfəri it dişəyib:
“Onların hamısına vaksin vurulub, heç birində quduzluq əlaməti yoxdur. Yalnız bu uşaqda ağırlaşma olub. İti isə artıq necə gündür tapa bilmirlər. Lazımi qurumlara tələb xarakterli məlumat verilib. Lakin heç bir iş görülməyib. Küçədə itlər insanları parçalayır. Ya bu itləri yığışdırın, ya da nəsə edin. İt insandan dəyərli olub. Ayda 4-5 nəfəri it parçalıyr və tədbir görülmür. Qalmışıq bu itlərin əlində”.
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.