Yazıçı Metin Hara ilə yaşadığı eşqlə gündəmə gələn məşhur model Adriana Lima üç gün əvvəl ABŞ-dan Türkiyəyə gəlmişdi.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model bu dəfə Nyu-Yorka sevgilisi ilə birlikdə qayıdıb. Onlar hava limanına lüks avtomobillə gəliblər.
Təyyarə 45 dəqiqə gecikdiyini elan etdiyi üçün Lima və Hara VİP otaqda uçuş saatını gözləyib. Cütlük beş cangüdənin əhatəsində təyyarəyə minib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.