CİA.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, “Transfermarkt” qış transfer pəncərəsindən sonra klublarımıza 60 milyon 540 min avro qiymət qoyub.
Son transferlərdən sonra “Qəbələ” Premyer Liqanın ən bahalı klubuna çevirilib. Bölgə klubunun ümumi dəyəri 11 milyon 700 min avrodu. İlk pilləni əldən verən “Qarabağ” ikinci yerə düşüb. Ağdam klubuna 10 milyon 830 min avro qiymət qoyulub. İlk “üçlüy”ü “İnter” qapayır - 10 milyon 500 min avro.
Premyer Liqanın ən ucuz komandası turnir cədvəlinin autsayredri “Bakı"dı. Paytaхt təmsilçisinə 1 milyon 550 min avro qiymət qoyulub.
Qeyd edək ki, “Transfermark” klublarımızı tərk etmiş bəzi futbolçuların adını siyahıdan silməyib və onların da qiymətini hesablayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.