Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Mənim otağımı qulaq asanlardan iki dənəsi Rumıniyada yaxalandı. Bundan əvvəl onların Türkiyəyə qaytarılmasını istədik. Arzu edirəm ki, ən qısa zamanda ekstradisiya baş versin. Tam bir şəbəkə" dedi.
Trend TRT Haber portalına istinadan məlumat verir ki, Ərdoğan, Bursa Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunan və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdiyi axşam yeməyində çıxışında Türkiyənin böyüməsindən, inkişafından və güclənməsindən narahat olanların olduğunu bildirərək "İçəridə də narahat olanlar var, kənarda da narahat olanlar var. Bunu xüsusilə bilməyinizi istəyirəm" dedi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.