banner
banner

Gündəm

“Dərmanlı yumurta” qalmaqalı böyüyür

“Dərmanlı yumurta” qalmaqalı böyüyür

Həşərat dərmanlı yumurta qalmaqalı böyüyür: artıq Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa, İsveç də daxil olmaqla 19 ölkədə belə yumurtalar aşkarlanıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Beynəlxalq Qida Təhlükəsizliyi Ofisinin açıqlamasında bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına deyib ki, Azərbaycan xaricdən yalnız damazlıq yumurta alır.

“Məişət yumurtasına olan təlabat yerli istehsal hesabına ödənilir. Damazlıq yumurta isə Türkiyə, Ukrayna, Şimali Kipr, Gürcüstan və Boqarıstandan gətirilir. Hər 5 ölkədə dərmanlı yumurta aşkarlanmayıb, amma dünyada baş verən proseslər izlənilir, vəziyyət nəzarətdədir”, - Y.Xanvəli söyləyib.

Mətbuat katibinin sözlərinə görə, Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatı yumurtalarda aşkarlanan dərmandan istifadə olunmasını qadağan edib. Buna görə də də cücələrin bit və birədən qorunması üçün kimyəvi maddələrdən istifadə edilmir: “Uzun illərdir Azərbaycanda bu maddədən istifadə olunmur, Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə tam əməl edilir”.

Yumurtada aşkarlanan “Fipronil” adlı həşərat dərmanı böyrək və ciyərlərə zərər vurur.

Artıq bir çox ölkələrdə istintaq başlayıb.

Ölkədə yumurtaya olan illik tələbat 3 milyard 100 milyon ədəddir

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.