banner
banner

İdman

"İlklərə daha birini əlavə etmək istəyirik" - Tahir Gözəl

"İlklərə daha birini əlavə etmək istəyirik"

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə oyun öncəsi komandanın düşərgəsini ziyarət edib.
Kopenhagenə gedən klub rəsmisi “Qarabağ”ın son məşqini stadiondan canlı izləyib.
Daha sonra o, sabahkı görüş haqda fikirlərini klubun saytına bildirib: “Kopenhagen”lə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar. Hamımız matçın nə qədər vacib olduğunun fərqindəyik. "Qarabağ" Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərinin zirvəsindəyik. Sabah həmin ilklərə daha birini əlavə etmək istəyirik.  Sabah 40 minlik stadion dolu olacaq, bu da "Qarabağ"ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir.
İnanırıq ki, zəfər bizimlə olacaq. Komandaya dəstək olmaq üçün bura gəlmişəm, futbolçularımız və baş məşqçimizə inanıram". 

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə "Kopenhagen"ə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" sabah bu komanda ilə Danimarkada cavab matçına çıxacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.