Paris Regional Turizm Komitəsi tərəfindən açıqlanan rəqəmlərə görə, Fransa paytaxtını ziyarət edən turistlərin sayı ötən ilin müvafiq dövrü iə müqayisədə 1,5 milyon artıb.
Trend-in məlumatına görə, bu ilin ilk yarısında Parisə 16 milyon turist gəlib. Bu da son 10 ildə Fransa paytaxtına turist ziyarətinə görə ən böyük rəqəmdir. Bu şəhərə gələn əsas turistlər isə ABŞ vətəndaşlarıdır - 1,14 milyon.
Fransa Turizm Nazirliyi ötən ay etdiyi açıqlamada bu il ölkəyə rekord sayda - 89 milyon turstin ziyarət edəcəyini gözlədiklərini bildirmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.