banner
banner

Dünya

Çarlzın kraldan şallaq xahişi

Çarlzın kraldan şallaq xahişi

Britaniya şahzadəsi Çarls qeyri adi bəyənatla çıxış edib.

ANS PRESS-in məlumatına görə, o bəyan edib ki, Səudiyyə kralından bu ölkədə 1 000 şallaq zərbəsinə məhkum edilmiş bloqqerin cəzadan azad edilməsini xahiş edəcək.

“Mail on Sunday” qəzeti açıqlamadığı mənbəyə istinadən bidirib ki, Çarlz bloqqer Raif Bədəvinin cəzadan azad edilməsi üçün kral Salmana müraciət edəcək.

Səfərə çıxmazdan əvvəl televiziya üçün müsahibə verən Uels şahzadəsi Çarlz Britaniyada çox sayda gəncin radikallaşmasından narahatlığını bildirib.

Britaniya rəsmiləri bildirirlər ki, indiyədək cihada qoşulmaq üçün 600-dək gənc britaniyalı Suriya və İraqa səfər edib.
Hazırda onların təxminən yarısı vətənə qayıdıb və hakimiyyət orqanları məhz bu gənclərin ölkə üçün yarada biləcəkləri təhlükələrdən narahatdır.

Qeyd edək ki, Britaniya şahzadəsi özünün Yaxın Şərqə dörd günlük səfərinə bazar günü İordaniyadan başlayıb. O,buradan Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına yollanmalıdır.

Blogger Bədəvi isə 10 il həbsxana cəzasına və 1 000 şallaq zərbəsinə məhkum edilib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.