banner
banner

İdman

Türkiyədə də “Qarabağ”ın qələbəsi qeyd edilir

Türkiyədə də “Qarabağ”ın qələbəsi qeyd edilir

Dünən “Qarabağ” Futbol Kubu Azərbaycan futbol tarixində daha bir ilkə imza atdı.

Bundan sonra Bakıda insanlar qələbə sevincini toy-bayram kimi qeyd etdilər. Belə hal Bakıda bir vaxtlar Türkiyənin “Qalatasaray” klubunun qələbəsi zamanı da yaşanırdı.

Maraqlıdır, “Qarabağ” FK-nın qələbəsi Türkiyədə necə qeyd edilib.

Milli Məclisin deputatı, hazırda Ankarada olan Aqil Abbas Modern.az-a açıqlamasında “Qarabağ”ın qələbəsinin Türkiyədə də qeyd edildiyini bildirib.

“Hazırda Ankaradayam. İnanın ki, Türkiyədə də futbol qələbəmizi azərbaycanlılar kimi qeyd edirlər. Bütün televiziyalar, media “Qarabağ”dan yazır”.

Deputat “Qarabağ”ın qələbə çalması  münasibətilə çoxlu təbriklər aldığını da bildirib.

 

“Qarabağ”ın uğur qazanması münasibətilə türkiyəli dostlarım xoş arzularını dilə gətirirlər. Çay içmək üçün hansısa restorana daxil olarkən, azərbaycanlı olduğumuzu bilən kimi təbrik edirlər. Əksəriyyətin bir arzusu var. “Qarabağ” klubu Beşiktaşla bir yerə düşsün. “Qarabağ” klubunu Türkiyədə də görmək istəyirlər”

 

Qeyd edək ki, “Qarabağ” komandası dünən Azərbaycan futbol tarixində daha bir ilkə imza atdı. Səfərdə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşan Ağdam klubu minimal hesabla - 2:1 məğlub olub.

 

Amma “Qarabağ”ın Bakıdakı ilk oyunda 1:0 hesablı qələbəsı komandamızın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını təmin edib. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.