banner
banner

İdman

"Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır" - "Qarabağ"ın meneceri

"Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır" -

"Çempionlar Liqasının qrup mərhələsində  Atletiko", "Çelsi" və "Roma" ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. İlk dəfə qrup mərhələsində oynayacağımıza görə digər komandalar üçün asan rəqibik. Bacardığımız qədər Azərbaycanı, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın meneceri Asif Əsgərov Çempionlar Liqasının qrup mərhələsinin dünən keçirilən püşkatma mərasimindən sonra Türkiyənin Anadolu agentliyinə deyib.


O, Ağdam klubuna dəstək olan türklərə təşəkkür edib: “Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avrokuboklardakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar. "Kopenhagen”lə səfər matçına da çoxlu türkiyəli qardaşımız gəlmişdi. "İki dövlət, bir millət” olduğumuzu hər yerdə sübut edirik".

Ə.Əsgərov bundan sonrakı səfər oyunlarında türklərdən necə dəstək gözlədiyi ilə bağlı sualı belə cavablandırıb: "Bir hər matçımızda türk və azərbaycanlıların qardaş olduqlarını görürük. Bu böyük oyunlarda onlardan hər zaman dəstək gözləyirik. Sağ olsunlar, indiyə kimi bizi dəstəkləyiblər. Üç səfər görüşümüzdə də belə davam edəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq".

"Qarabağ"ın  meneceri ÇL-də qrup mərhələsində oynayacaq "Beşiktaş"a da uğurlar arzulayıb: "Bizim hədəfimiz Çempionlar Liqasının qrupuna qalmaq idi. Bunun sevincini yaşayırıq. "Beşiktaş"ın daha da irəli getməsini arzulayırıq".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.