Dünyanın ən ekstravaqant mügənnilərindən biri Ledi Qaqa "The Artpop" qastrol turnesi çərçivəsində Yunanıstanın paytaxtı Afinada konsert verib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, əsl ad və soyadı Stefani Germanotta olan 28 yaşlı amerikalı müğənni Afinadakı lüks oteldəki "kral nömrəsi"ndə olarkən fotolar çəkib, İnstagram-dakı profilində yayıb.
Həmin fotolar arasında Ledi Qaqanın vanna otağında olarkən yarıçılpaq vəziyyətdə əks olunduğu şəkillər də var.
İnstagram-da 4,22 milyon təqibçisi olan, özünü "Monstrların anası" adlandıran Ledi Qaqa yazıb: "Ledi Duş Qrekini Afrodita vanna otağında". Afinadakı konsertdə Ledi Qaqa səhnəyə türk modelyer Zeynep Tosunun hazırladığı "Afrodita" geyimində çıxıb.
Sentyabrın 23-də isə Ledi Qaqanın cazın canlı əfsanəsi Toni Bennetlə duet ifalarının yer aldığı və "İnterscope" studiyasında hazırlanmış "Cheek to Cheek" albomu satışa çıxarılacaq.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.