banner
banner

Şou

Məhkəmə İvana Sərtə "yox" dedi

Məhkəmə İvana Sərtə "yox" dedi

Serbiyalı modelyer İvana Sərt keçmiş həyat yoldaşı, iş adamı Yurdal Sərtdən tələb etdiyi təzminatı ala bilməyib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2011-ci ildə modelyerdən boşanmaq üçün məhkəməyə müraciət edən Y.Sərt oğlu Kayon Atəşin vəkalətini və İvananın onu Hatəm Yavuz adlı biri ilə aldatdığını iddia edərək 1 milyon lirə (təxminən 344 min manat) istəmişdi. Lakin İvana əks iddia ilə məhkəməyə baş vuraraq, ərinin ona böhtan atdığını, əksinə ona xəyanət olunduğunu, iş adamı tərəfindən dəfələrlə döyüldüyünü və psixoloji travma aldığını söyləmiş, buna görə 7 milyon lirə (təxminən 2,4 milyon manat) təzminat tələb etmişdi.

Lakin məhkəmənin qərarına əsasən, Kayon Atəşin vəkaləti anasına verilsə də, Yurdal Sərt tərəfindən yalnız 400 min lirəlik (təxminən 137 min manat) təzminat ödənilməsinə qərar verilib.

Bundan başqa o, hər ay oğluna 5 min lirə ( təxminən 1500 manat) aliment ödəyəcək. Bu qərardan razı qalmayan modelyer “Onun üzündən səhhətim və ruhi sağlamlığım pozuldu. Cəmiyyət önündə təhqir olundum” deyərək etirazını bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.