Sinan Hadisə haqda: "Yanında olmağımı istədi"+fotolar
Müğənni Sinan Akçıl “Canlı masa” verilişinin qonağı olub. İfaçı bir vaxtlar sevgili olduğu Hadisə ilə bağlı açıqlamalar verib: “Hadisə 2009-cu ildə “Dum Tek Tek” mahnım ilə “Eurovision”a qatıldı. Səhnəyə çıxmamışdan əvvəl yanında olmağımı istədi. Amma ailəsindən bir nəfər görüşməmizə mane oldu. Ona görə yarışmaya narahat çıxdı”. Sinan ad söyləməsə də, söhbətin Hadisənin bacısından getdiyinə işarə verib. Çünki sənətçinin bacısı Akçılla onun sevgili olmasına qarşı çıxanlardan biri olub. Hazırda rumıniyalı müğənni ilə sevgili olan Sinan evlilik barədə suala belə cavab verib: “Anam bu sahədən gəlin istəmir. Deyir ki, universitet oxuyan, evdar, tanınmayan biri olsun”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.