Hazırda hamilə sevgilisi Corcina Rodrigez ilə birlikdə olan futbolçu Kriştiano Ronaldo haqda yeni xəbərlər yayılıb. Ronaldo bir müddətdir İnstaqramda təqib etdiyi rus model Katya Matetskaya ilə görüşüb. İddialara əsasən, ikili sosial mediada bir-birilərinə nömrələrini veriblər və “whatsapp”dan yazışmağa başlayıblar. Daha sonra Kriştianonun 22 yaşlı modelə Moskvada yerləşən “Novikov” barda görüşmək təklif etdiyi və Katyadan bunu gizli saxlamağı xahiş etdiyi bildirilir.
Matetskayanın sözlərinə əsasən, o, barda Ronaldo və Andre Silva ilə görüşüb daha sonra oranı tək tərk edib.
Qeyd edək ki, Ronaldonun üç övladı var. Böyük oğlu Ronaldo balaca 2010-cu ildə surroqat ana vasitəsilə doğulub. İyunun 8-də isə yenidən surroqat ana vasitəsilə Yeva və Mateo adlı əkizləri olub. Corcina Rodriqez isə sentyabrda qız anası olacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.