banner
banner

Sosİal

Yekun say açıqlandı: Bu il 4 minə yaxın şəxs müəllim oldu

Yekun say açıqlandı:

Bu il 4 minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu ilki müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib.

E.Bağırov bildirib ki, müsabiqənin müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib.

E.Bağırov müsabiqədən narazı olanların müraciətlərinə baxılma üçün Təhsil Nazirliyində Apelyasiya Komissiyasının yaradıldığını da deyib:

"Namizəd Apelyasiya Komissiyasında uğur qazana bilmədiyi halda da müddətli əmək müqaviləsi ilə işləmək üçün şans qazanır. Həmin müəllimlərin il ərzində yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə cəlb edilməsi üçün tədbirlər həyata keçirilir. Əgər həmin müəllimin dərs dinləmələri zamanı nəticələri qənaətbəxş olsa, biz tədris ilinin sonunda onun müqaviləsini daimi etməyə hazırıq".

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.