banner
banner

Şou

"Milyard dollar da versələr, Rusiyaya getmərəm"

"Milyard dollar da versələr, Rusiyaya getmərəm"

Qremmi-2015 mükafatlarının qalibi müğənni Sem Smit "Rolling Stone" jurnalına müsahibəsində Rusiyaya heç vaxt getməyəcəyini bildirib.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o, bunu ordakı diskriminasiya ilə əlaqələndirib:

"Mənim Rusiyaya bir ölkə kimi nifrətim yoxdur, amma heç vaxt Rusiyaya gedib orda konsert vermərəm. Çünki orda insanları cinsi orientasiyasına görə fərqləndirirlər. Qeyri-ənənəvi orientasiyalı insanlara qarşı münasibətləri dəhşətlidir. Bu məni qəzəbləndirir. Əgər mənə hətta milyard dollar təklif etsələr, Rusiyada çıxış etmərəm. Özümü buna məcbur edə bilmərəm. Çoxlu rus fanatlarım var, amma onlarla yeganə əlaqəm Tvitterdə ola bilər".

Xatırladaq ki, keçən il Rusiya Federasiyasında LGBT-yə qarşı bir sıra qanunlar qəbul olunub. Bununla da, bir çox dünya ulduzunun ölkəyə gəlməsində əngəllər yaranıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.