Müğənni Alişan nişanlısı Eda Eroldan ayrıldıqdan sonra işini də itirib. İfaçı bu mövsümdə ATV kanalında yeni proqramla tamaşaçı qarşısına çıxacaqdı. Verilişin təşkilatçısı isə Esra Erolun həyat yoldaşı Ali Özbir idi. Lakin Alişan Edadan ayrıldıqdan sonra Ali də veriliş işlərini rədd edib. Bununla da sənətçi yeni işindən olub. Qeyd edək ki, Alişanla Edanın ayrılmasına səbəb kimi aralarında Edanın keçmiş sevgilisi Oqan Şenyolcu ilə bağlı mübahisə yaranması göstərilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.