Çinin Şanxay şəhərində İsveçrənin nəhəng şokolad firması olan Barry Callebaut istehsal etdikləri yeni şokolad növünü nümayiş etdirdilər. Bu barədə kampaniya yaydığı press relizdə məlumat verib.
Yeni növ öz qırmızı rəngi və qeyri-adi dadı ilə fərqlənir. Barry Callebaut firmasında iddia edirlər ki, şokoladın tərkibində rəngləndirici və ya hər hansı giləmeyvə qarışığı yoxdur. Press relizdə iddia edilib ki, yeni şokolad növünü Yakobs Universiteti alimlərinin yeni texnoloji kəşfinə əsasən hazırlanan Ruby kakaosundan ərsəyə gətiriblər. Kampaniyada bu şokaladı bir ilk adlandırırlar. 1930-cu ildə Nestle də bazara ağ şokolad təklif etmişdi. Barry Callebaut şokolad istehsal edir. Çoxlu sayda plantasiya və fabriklərə sahibdir. Kampaniyanın Rusiyada da zavodu var. 2016-cı ildə kampaniyanın təmiz gəliri 219 milyon İsveçrə frankı olub.
Dekabrda məlumat verildi ki, Nestle kampaniyası istehsal etdiyi şokoladın tərkibində şəkəri 40 faiz azaltmağı planlaşdırır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.