banner
banner

Gündəm

“Akif Əli küçə adamı kimi danışıb” -Millət vəkilindən sərt təpki

“Akif Əli küçə adamı kimi danışıb”

"Lütfi Zadəyə "fındıqbaş” demək küçə adamı məntiqindən başqa bir şey deyil”.

Bu sözləri BakuPost.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin görkəmli alim Lütfi Zadə haqqında səsləndirdiyi ifadələrə münasibət bildirərkən deyib. O bildirib ki, mərhum alimə qiyməti ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva verib: "Lütfi Zadəyə verilən dəyəri bilmək üçün prezidentin və birinci vitse-prezidentin imzaladığı nekroloqa baxmaq lazımdır. Belə çıxır ki, onlar "fındıqbaş” üçün nekroloq imzalayıblar? Azərbaycanın ən böyük, dəyərli alimlərindən biri olan şəxs haqqında prezident, birinci vitse-prezident, dövlət xadimləri bu qədər yüksək fikirlər səsləndirdiyi halda, kimsə onun haqqında belə ifadələr işlədirsə, bu, anormallıqdan başqa bir şey deyil. Bunun izahını tapa bilmirəm. Bu nə ifadədir? Açığı mən inanmıram ki, o, bu ifadəni işlədib. Əgər işlədibsə, o zaman o, həqiqətən də harada olduğunu, nə işlə məşğul olduğunu anlamır. Bunun başqa adı yoxdur. Dövlət səviyyəsində bu adama qiymət verilib, prezident nekroloq imzalayıb. Bunları da qırağa qoyuram. Bir alimə, dünyanı heyrətləndirmiş bir dahiyə "fındıqbaş” demək küçə adamı məntiqindən başqa bir şey deyil. Şeir yazan, ədəbiyyatdan başı çıxan bir adamın bunu dediyinə şübhə ilə yanaşıram. Amma çox üzüldüm. Çox böyük qəbahət və biabırçılıqdır. Bu biabırçılığa görə də bu adamların məsuliyyət daşıması vacibdir. Pis örnəkdir. Sən kimisə sevməyə, qəbul etməyə bilərsən. Amma, heç azərbaycanlı olmasa belə, bir alimə qarşı belə ifadə işlətmək həqiqətən də heç bir tərbiyə çərçivəsinə sığmayan məsələdir”.

Deputat əlavə edib ki, Lütfi Zadənin Fəxri Xiyabanda dəfn olunmalıdır: "O, Azərbaycanda dəfn olunmağı vəsiyyət edib. Əgər kimsə Azərbaycanda dəfn olunmağı vəsiyyət edirsə, bu, yerinə yetirilməlidir. Buna şərh vermək belə doğru deyil. Fəxri Xiyabanda onun dəfni üçün yer ayrılmalıdır”.

F. Mustafa alimin vəsiyyətinə qeyri-adekvat reaksiya verənlərə də cavab verib: "Lütfi Zadə Azərbaycan əleyhinə nəsə bir kəlmə deyibmi? Əksinə , azərbaycanlı alimlərlə kontakt qurub, ABŞ-da Azərbaycan diasporunun fəxri sədrliyini götürüb üzərinə. Bu adam nə etməliydi? Mitinqə çıxıb "Qarabağ bizimdir” deyə qışqırmalı deyildi ki… Onun kimi böyük bir alim çıxıb küçədə Azərbaycan davası aparmalıydı? Elə onun mövcudluğu, adının qarşısında azərbaycanlı yazılması da bizim üçün bir brenddir. Ona görə də Fəxri Xiyabanda dəfn olunmalıdır”.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.