banner
banner

Gündəm

“Akif Əli cəzasız qalmayacaq” - Abid Şərifovdan AÇIQLAMA

“Akif Əli cəzasız qalmayacaq” -

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.

Cia.az xəbər verir ki, Baş nazirin müavini Abid Şərifov bizimyol.info saytına açıqlamasında məsələdən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib.

”Lütfi Zadə dünyada sayılıb seçilən bir alimdir. Onun haqda mən belə açıqlama vermək üçün fikirləşərəm ki, necə danışmalıyam. Akif Əli sən kimsən ki dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən?

Sənin buna nə mənəvi haqqın var. Düzünü deyim ki, mənə bunu deyəndə inanmadım. Dövlət başçısı, birinci vitse Prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib. Akif Əlinin bu açıqlamasını pisləyirəm. Çox biabırçı bir açıqlamadır”.

 

Baş nazirin müavini mətbuat katibinin cəzalandırılması və ya işdən çıxarılması haqda da danışıb. “Üzr istəmək günahdan azad olmaq demək deyil.Akif Əli ilə mən özüm də danışacam. Onun cəzalanması və ya işdən çıxartmaq səlahiyyəti isə Baş Nazirə aiddir.

 

Bu barədə danışdıqdan sonra qərar veriləcək. Belə açıqlama cəzasız qalmaz. Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəyinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir.”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.