banner
banner

Sosİal

Nəqliyyat Agentliyi: “Bütün dayanacaqlara "Bakı Kart" terminalı qoya bilmərik”

Nəqliyyat Agentliyi:

Məlumdur ki, "Bakı Kart" terminalları Bakı Metropoliteni ərazisi ilə yanaşı, avtobus dayanacaqlarında da quraşdırılıb.  Lakin bəzi dayanacaqların həmin aparatlarla təmin edilmədiyi müşahidə edilir. Eyni zamanda, müəyyən dayanacaqlarda həmin terminallar mövcud olsa da,  daha sonra söküldüyünü deyənlər də var. Bu da öz növbəsində sərnişinlərə problem yaradır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsindən Mais Ağayev Modern.az-a deyib ki, bütün dayanacaqlarda "Bakı Kart" terminalları quraşdırmaq mümkün deyil:

“Bizim qurum yalnız “Bakı Kart” terminallarına cavabdehdir. Həmin terminallar kart sistemi ilə çalışan maşurut xətti üzrə dayanacaqlarda  müəyyən məsafələr nəzərə alınmaqla qoyulur. Yəni hər bir dayanacağa terminallar yerləşdirilmir. Düşünürəm ki, bu, bizim insanlarda problem yaratmamalıdır. Sadəcə  bizdə  tənbəllik var. Sərnişinlər avtobusdan bir dəfə istifadə edəcəklərsə, karta da 20 qəpik yükləyirlər. Amma vaxtında ehtiyat yaratmaq lazımdır.

Bütün metro stansiyalarında “Bakı Kart” terminalları mövcuddur. Terminalların alınıb gətirilməsi müəyyən məbləğə başa gəlir. 400 metrdən bir həmin aparatların qoyulması da düzgün deyil, israfçılıq olar. Bu səbəbdən müəyyən məsafə nəzərə alınaraq qoyulur ki, insanlar terminallardan rahat  istifadə edə bilsin”.


Hazırda Bakıda  kart sisteminin tətbiq edilmədiyi avtobuslar da mövcuddur. Maraqlıdır, həmin avtobuslar nə zaman kart sisteminə keçəcək?

M.Ağayev məsələyə aydınlıq gətirib. O bildirib ki, bu istiqamətdə əsas maneə avtobusların yenilənmə prosesidir:

“İndiki halda təxminən 18 maşurut xətti üzrə avtobuslarda vahid ödəniş sistemi tətbiq edilir. Digərlərinin bu sistemə qoşulması istiqamətində işlər aparılır. Burada əsas maneə yaradan avtobusların yenilənmə prosesidir. Avtobuslar yeniləndikcə, kart sisteminə keçid təmin ediləcək.  Bu prosesin nə qədər çəkəcəyi haqqında konkret nəsə demək çətindir. Çünki avtobusların yenilənməsi müəyyən vaxt aparır. Yeni avtobusların alınması mümkün olmayanda daşıyıcılar tərəfindən  avtobuslar əsaslı təmir olunur. Belə olduğu halda həmin avtobuslarda kart sisteminin təmini tətbiq edilir”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.